Son Xəbərlər
Kaliforniyanın cənubunda baş verən meşə yanğınları nəticəsində dəyən iqtisadi
Son zamanlar bəzi media qurumlarında Sumqayıt Dövlət Universiteti (SDU) ilə
2024-cü ildə Bakıda daşınmış 476 milyon sərnişinin 77,5 %-i ödənişi nağdsız
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1
Pakistanın Baş naziri Şahbaz Şərif fevralda Azərbaycana səfər etməyi
"Los-Ancelesdəki yanğın böyük oğlumun evinə yaxınlaşır. Həyəcandan
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onunla
Türkiyənin cənubundakı Hatay şəhərinin Yayladağı qəsəbəsində 4 maqnitudalı
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Liderxeber.az-a
Alimlər müəyyən ediblər ki, şəkərlə şirinləşdirilmiş içkilərin qəbulu hər il
banner

Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin keçirilməsi ilk oxunuşda təsdiqlənib

22 okt 2024, 14:00
Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin keçirilməsi ilk oxunuşda təsdiqlənib

Milli Məclis minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin keçirilməsini birinci oxunuşda təsdiqləyib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı “Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, qiymətləndirməni minatəmizləmə fəaliyyəti fəaliyyət planına, tələblərə və standart əməliyyat prosedurlarına uyğun olaraq səlahiyyətli qurum, minatəmizləmə fəaliyyətinə cəlb olunan və bu qanun layihəsi ilə müəyyən edilmiş tələblərə cavab verən dövlət orqanları (qurumları), habelə fiziki və ya hüquqi şəxslər həyata keçirəcək.

Fəaliyyət planına əsasən minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanları tələblərə uyğun olmalarının qiymətləndirilməsi üçün həmin tələblərin mövcudluğunu təsdiq edən sənədlər əlavə edilməklə səlahiyyətli quruma müraciət etməlidirlər. Müraciətə daxil olduğu gündən 30 gün müddətində baxılacaq.

Qiymətləndirmənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək. Dövlət orqanlarının, fiziki və ya hüquqi şəxslərin müraciətləri əsasında səlahiyyətli qurum tərəfindən onların minatəmizləyənlərinə standart əməliyyat prosedurlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən qaydada təlimlər keçiriləcək və təlimlərin nəticəsində qiymətləndirmə aparılaraq sertifikat veriləcək.

Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə fiziki və ya hüquqi şəxslər (dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tərəfindən səlahiyyətli quruma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən məbləğdə haqq ödəniləcək.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.