Son Xəbərlər
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
2024-cü ildə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 2023-cü
2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tranzit, idxal, ixrac və
"Keşlə bazarı" kimi tanınan ticarət mərkəzi ilə yanaşı, həmin
Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los
Bakı metrosunun 2030-cu ilə qədər inkişaf proqramına əsasən, 10 yeni
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə
Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib. Liderxeber.az
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi
banner

Ordubad şəhidlərinə həsr olunan “Şəhidlər unudulanda ölürlər” sənədli filmi nümayiş olunub

18 okt 2024, 21:49
Ordubad şəhidlərinə həsr olunan “Şəhidlər unudulanda ölürlər” sənədli filmi nümayiş olunub

Ordubad rayonunda “Şəhidlər unudulanda ölürlər” sənədli filmi nümayiş olunub. Mədəniyyət sarayında keçirilən tədbirdə Ordubad rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müavini Arzu Abdullayev, Ali Məclisin deputatları, YAP rayon təşkilatının sədri, İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, icra nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və rayon ziyalıları iştirak ediblər.

Liderxeber.az xəbər verir ki, filmin nümayişindən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir iştirakçıları təbrik edilib, müstəqilliyin bərpasının, xalqın milli iradəsinin təcəssümü olaraq, dövlətin gələcək inkişafı üçün möhkəm təməl yaratdığı nəzərə çatdırılıb. Həmçinin müstəqilliyimizin və suverenliyimizin bərpasında Vətən müharibəsinin tarixi əhəmiyyətindən bəhs edilərək, tarixi Zəfərimizin Azərbaycan xalqının qəhrəmanlıq və şücaət əzmini əks etdirdiyi vurğulanıb.

Daha sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Tahir Tahiroviçin ssenari müəllifi olduğu “Şəhidlər unudulanda ölürlər” sənədli filmi nümayiş olunub. Filmdə Ordubad şəhidlərinin keçdiyi şərəfli döyüş yolundan bəhs olunur.

Sənədli filmə baxış yekunlaşdıqdan sonra Ordubad rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli filmin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib.