Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

COP29 Media Mərkəzində çalışacaq jurnalistlər üçün akkreditasiya davam edir

18 okt 2024, 13:51
COP29 Media Mərkəzində çalışacaq jurnalistlər üçün akkreditasiya davam edir

"COP 29 Media Mərkəzi üçün 6 325 kvadratmetr ərazidə 1 200 media nümayəndəsi üçün tam rahat şəkildə iş şəraiti təmin edilib".

Liderxeber.az xəbər verir ki, bunu Bakı Olimpiya Stadionuna təşkil edilən mediatur zamanı COP29-da Media əməliyyatları üzrə direktor Pirim Pirimov deyib.

"COP29 üçün media mərkəzi, demək olar ki, hazır vəziyyətdədir, bəzi xırda detallar üzərində iş gedir. Media üçün xüsusi iş otaqları ayrılıb. Televiziya və radio yayımçıları və yazılı mətbuat üçün də iş otaqları ayrılıb. TV və radio yayımçıları üçün 330, həmçinin, yazılı media üçün də 300 iş masası ayrılıb. Eyni zamanda, media üçün ofislər, iş otaqları da ayrılıb ki, həmin ofislər tam rahat avadanlıqlarla təmin olunub.

Ayrıca studiyalar da var ki, onları COP29-da qeydiyyatdan keçərək rezerv etmək mümkündür. Hazırda akkreditasiya prosesi davam edir, indiyədək 2 700 media nümayəndəsi qeydiyyatdan keçib. COP29 Media Mərkəzinin iş saatları isə saat 8:00-dan 20:00-a qədər nəzərdə tutulub", - deyə P.Pirimov əlavə edib.