Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Vasif Talıbovun şirkətinin 10 milyondan çox vergi borcu var

17 okt 2024, 14:25
Vasif Talıbovun şirkətinin 10 milyondan çox vergi borcu var

Naxçıvanda tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan "Cahan Tobacco International"​ MMC-nin dövlətə külli miqdarda vergi borcu yaranıb.

Liderxeber.az xəbər verir ki, qanuni təmsilçisi Amil Cabbar oğlu Hüseynzadə olan MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 10 milyon 561 min 321 manat 79 qəpik vergi borcu var.

Qeyd edək ki, "Cahan Tobacco International" şirkətinin fəaliyyət istiqaməti tütün məhsullarının istehsalıdır. Hazırda fabrikdə "Cahan", "Visore", "Nova" və "Fine" markalı filtrli siqaretlər istehsal olunur. Bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Malayziya, Hindistan, İndoneziya və digər ölkələrdən alınır.

"Cahan Tobacco International" MMC "Cahan Holdinq"ə daxildir. Uzun illər mediada bu holdinqin Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu barədə məlumatlar dərc edilib.