Son Xəbərlər
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli

Nazirlər Kabineti uçuşların təhlükəsizliyinə nəzarətlə bağlı qərar verib

11 okt 2024, 17:32
Nazirlər Kabineti uçuşların təhlükəsizliyinə nəzarətlə bağlı qərar verib

Nazirlər Kabineti "Uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi Qaydası"nı təsdiq edib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, qayda "Aviasiya haqqında" qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiyanın 83 bis maddəsinə, habelə həmin maddənin tətbiqinə dair 295 nömrəli Sirkulyara uyğun olaraq hazırlanıb.

Qayda ilə tənzimlənməyən məsələlər "Aviasiya haqqında" qanuna, konvensiyanın 83 bis maddəsinə, habelə sirkulyara uyğun olaraq həyata keçirilir.

Qayda mülki hava gəmilərinin istismarı zamanı uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi məqsədilə ölkədə qeydiyyatdan keçmiş, lakin başqa dövlətin istismarçısı tərəfindən istismar edilən hava gəmisinə, habelə digər dövlətdə qeydiyyatda olan, lakin Azərbaycanda istismar edilən hava gəmisinə münasibətdə uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair münasibətləri tənzimləyir.

Uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq öhdəliklərin və məsuliyyət dairəsinin dəqiq müəyyən edilməsi zərurətindən irəli gələrək, uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi konvensiyanın 83 bis maddəsinə əsasən bağlanılan və nümunəsi sirkulyarla müəyyən edilmiş uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair müqavilə əsasında həyata keçirilir.

Müqavilənin yerinə yetirilməsinə məsul tərəflər qismində Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv dövlətlər adından mülki aviasiya orqanlarının qeydiyyat dövləti və istismarçı dövləti çıxış edir. Müqavilə əsasında ötürülən funksiyaların və vəzifələrin dairəsi dəqiq müəyyən edilmədikdə onların icrasına görə məsuliyyəti qeydiyyat dövləti daşıyır.

Müqavilə əsasında dairəsi dəqiq müəyyən edilərək ötürülən funksiyalara və vəzifələrə münasibətdə qeydiyyat dövləti məsuliyyətdən azad edilir.