Son Xəbərlər
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli

"Səba" ləğv olunur

11 okt 2024, 10:15
"Səba" ləğv olunur

"Səba" ASC-nin səhmdarlarının oktyabrın 28-i, saat 15:00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişib.

Liderxeber.az xəbər verir ki, yığıncağın gündəliyinə səhmdar cəmiyyətin ləğv edilməsi, bununla bağlı Ləğvetmə Komissiyasının yaradılması, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğvetmənin başa çatdırılması və ləğvetmədən sonra onun aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi barədə, eləcə də "Səba"nın və onun törəmə cəmiyyətləri -"Qarabağ Taxıl" və "Biləsuvar Aqro" MMC-lərin kreditor öhdəliklərini icra etmək və cari təsərrüfat fəaliyyətlərinin maliyyələşdirilməsini təmin etmək məqsədilə "Qarabağ Taxıl"ın mülkiyyətindəki Kürdəmir və Ağsu rayonlarının ərazilərində yerləşən torpaq sahələrinin və həmin sahələrdəki "Pivot" tipli suvarma sistemlərindən ibarət əsas vəsaitlərinin satılması barədə məsələlər daxil edilib.

Bundan başqa, səhmdarlar əvvəlcədən elan edildiyi kimi aşağıdakı məsələləri də müzakirə edəcəklər:

1. "Səba"nın Direktorlar Şurası barədə;

2. "Səba"nın tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə;

3. "Chicken Pro."ya məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə;

4. "Chicken Pro."nun nizamnamə kapitalındakı "Səba"ya məxsus payların satılmasına dair əqd barədə;

5. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl"ın "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı paylarının satılmasına dair əqd barədə;

6. "Qarabağ Taxıl"ın ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə;

7. "Səba"nın əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə;

8. "Səba"nın birgə təsisçiliyi ilə yaradılmış "Biləsuvar Aqro"nun nizamnamə kapitalındakı payların satılması barədə;

9. "Səba"nın nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə;

10. "Səba"nın Nizamnaməsinin yeni redaksiyası barədə.

Yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında keçiriləcək.