Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

Lənkəran rayon prokurorunun işinə xitam verilib

03 okt 2024, 16:32
Lənkəran rayon prokurorunun işinə xitam verilib

Lənkəran rayon prokurorunun işinə xitam verilib.

Bu barədə Liderxeber.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Taryel Ələkbərovu qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyev oktyabrın 3-də qəbul edib.

Görüşdə Baş prokuror tərəfindən prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Taryel Ələkbərova “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı və hədiyyə təqdim edilib.

Görüş zamanı Taryel Ələkbərovun prokurorluq orqanlarında keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salınaraq, onun qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı əldə etdiyi nailiyyətlər, eləcə də uzun illər cinayətkarlığa qarşı mübarizə sahəsində müxtəlif kateqoriyadan olan cinayətlərin istintaqı və bu sahədə gənc mütəxəssislərin formalaşmasındakı səmərəli fəaliyyəti qeyd edilib.

Tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və xatirə şəkli çəkilib.