Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

Direktor müəllimlərdən dərs saatlarına görə rüşvət alır?

30 sen 2024, 17:56
Direktor müəllimlərdən dərs saatlarına görə rüşvət alır?

Biləsuvar rayonu R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin direktorunun müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən Liderxeber.az-a bildirilib ki, idarə əməkdaşları tərəfindən məktəbdə monitorinq aparılıb, direktordan, direktor müavinlərindən və müəllimlərdən müvafiq izahatlar alınıb.

Araşdırmanın nəticəsinə əsasən qeyd olunub ki, sözügedən məktəbdə 2024-2025-ci tədris ilində dörd ibtidai sinif komplektində (bir məktəbəhazırlıq qrupu) mövcud olan dərs saatları 7 ibtidai sinif müəllimi arasında qiymətləndirmə nəticələrinə uyğun olaraq bölünüb.

"Dərs saatlarından narazılığını ifadə edən ibtidai sinif müəllimi Zəkiyyə Bayramova təhsilverənlərin sertifikatlaşdırma imtahanında mümkün 60 baldan 33 bal toplayıb və 12 saat dərs yükü ilə təmin olunub. Məktəbdə ondan az bal toplamış, lakin daha çox dərs yükü ilə təmin olunmuş ibtidai sinif müəllimi yoxdur.

Hazırda Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində "Təhsilverənlərin etik davranış Qaydaları"na əməl edilməsi, əmək fəaliyyətində yol verilən nöqsan, hüquq pozulmalarının aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlər davam edir", - açıqlamada vurğulanıb.