Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Rusiyadan Azərbaycana ərzaq məhsullarının ixracı 2030-cu ilədək 1 milyard dollara qədər arta bilər

25 sen 2024, 17:55
Rusiyadan Azərbaycana ərzaq məhsullarının ixracı 2030-cu ilədək 1 milyard dollara qədər arta bilər

Rusiyadan Azərbaycana ərzaq məhsullarının ixrac həcmi 2030-cu ilədək 1 milyard ABŞ dollarına qədər arta bilər.

Liderxeber.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroeksport” Mərkəzinin rəhbəri Dmitri Krasnov deyib.

O bildirib ki, Azərbaycanla ticarət imkanları tam üzə çıxarılmayıb: “Bizim hesablamalarımıza görə, 2030-cu ilədək Rusiyanın ərzaq ixracının həcmi 1 milyard ABŞ dollarına qədər arta bilər. Dənli və dənli-paxlalı bitkilər, qənnadı məmulatları, eləcə də yağ-piy məhsullarının tədarükü ən böyük potensiala malikdir”.

D.Krasnov qeyd edib ki, bu ilin I yarısında Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi 354 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 % çoxdur.

Onun sözlərinə görə, bu dövrdə buğda tədarükü təxminən 3 % artaraq 85,4 milyon ABŞ dolları, şəkər tədarükü 10 dəfədən çox artaraq 27,2 milyon ABŞ dolları, günəbaxan yağı tədarükü isə 12 % artaraq 25,3 milyon ABŞ dolları təşkil edib.

“Biz Azərbaycana ildə 250-300 milyon ABŞ dolları dəyərində 1,2-1,4 milyon tona yaxın taxıl tədarük edirik ki, bunun da 90 %-i buğdanın payına düşür”, - “Aqroeksport” Mərkəzinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Rusiya bitki yağlarının tədarükünü də artıra bilər.

Ət məhsullarının ixracına toxunan D.Krasnov qeyd edib ki, 2019-cu ildən bəri Azərbaycana tədarükün dəyəri 2,5 dəfə artaraq 2023-cü ildə 15 milyon ABŞ dollarına çatıb. Tədarükün 92 %-i quş ətinin payına düşüb.

“Rusiya həm də Azərbaycana süd məhsullarının iri tədarükçüsüdür və ixracda illik artım nümayiş etdirir. 2019-2023-cü illər ərzində tədarükün həcmi 50 % artaraq 19 milyon ABŞ dolları təşkil edib. Tədarükün əsasını turş süd məhsulları (44 %), pendir (19 %) və quru süd (14 %) təşkil edir.

Azərbaycana tədarük edilən alkoqollu içkilər arasında Rusiya arağı əsas yeri tutur. 5 il ərzində bu ölkədən alkoqollu içkilərin tədarük dəyəri 18 % artaraq 4,5 milyon ABŞ dollarına çatıb.