Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Onurğa əyriliyi olan şəxslər hərbi xidmətə aparılır? - Rəsmi cavab

24 sen 2024, 17:59
Onurğa əyriliyi olan şəxslər hərbi xidmətə aparılır? - Rəsmi cavab

Azərbaycanda onurğa əyriliyi olan şəxslərin hərbi xidmətə yararlı olub-olmaması müzakirə edilən mövzulardan biridir.

Liderxeber.az-ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, skolioz və kifozların mərhələsi rentgenoqramlar üzrə V.D.Çaklinin müəyyən etdiyi kobb bucaqların hesablanması əsasında təyin edilir.

"1-ci dərəcəli skoliozlar (kobb bucağı 10°-yə kimi), 1ci və 2ci dərəcəli kifoz (kobb bucağı 50°-yə kimi) müəyyən olunmuş vətəndaşlar hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü daxil olan zaman hərbi xidmətkeçməyə yararlı hesab olunurlar.

Qeyd edək ki, başın yuxarı dartılması zamanı və ya uzanmış vəziyyətdə düzələn, önə əyilmə zamanı təsbit olunmuş rotasiya aşkar edilməyən onurğanın yana (əksər hallarda sola) sadə (qeyri-struktur) əyriliyi olan qamət skoliozu (uzanmış vəziyyətdə ön-arxa istiqamətdə çəkilmiş onurğanın rentgenoqramında əyriliyin düzəlməsi) həqiqi struktur skoliozu kimi qiymətləndirilmir və hərbi xidmətkeçməyə yararlı hesab olunur", - deyə qurumdan bildirilib.