Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Azərbaycanda qatarlara bir ay əvvəlcədən bilet alanlara 15% endirim ediləcək - YENİ TARİFLƏR

23 sen 2024, 17:15
Azərbaycanda qatarlara bir ay əvvəlcədən bilet alanlara 15% endirim ediləcək - YENİ TARİFLƏR

Abşeron dairəvi dəmiryolu xətti üzrə hərəkət edən qatarlarda gediş haqqı tarifləri dəyişir.

Liderxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yollarının Sərnişin Daşıma departamentinin rəhbəri Azər Fərəcov deyib.

Onun sözlərinə görə, bu ilin 25 sentyabr tarixindən Abşeron Dairəvi Dəmir Yolu üzrə ən minimal tarif 0,4 manat, istiqamətlər üzrə isə 0,1-0,2 manat artacaq.

Qeyd edək ki, bundan əvvəl ictimai nəqliyyatda, o cümlədən metroda gediş haqqı 40 qəpikdən 50 qəpiyə qədər artırılıb. Hazırda Bakı-Sumqayıt qatarları üzrə gediş haqqı üzrə maksimal tarif 1 manat təşkil edir. Bu istiqamət üzrə günlük sərnişin daşıma isə ən yüksək həddə çatıb. ADY bir neçə gün əvvəl günlük sərnişindaşımaların 37 min nəfəri ötdüyünü açıqlamışdı.