Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

"DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı"nda dəyişiklik edildi

23 sen 2024, 16:14
"DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı"nda dəyişiklik edildi

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1133-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı"nda dəyişiklik edilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Dəyişikliyə əsasən, əmək pensiyası və sosial müavinət sahələrində göstərilən xidmətlər valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara və kişilərə də şamil ediləcək.

Eyni zamanda, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara və kişilərə aylıq müavinətlər (yaşa görə, o cümlədən) təyin ediləcək.