Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

19 sen 2024, 12:59
Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Xəbər verdiyimiz kimi, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev korrupsiya cinayətinə görə həbs edilib. Ötən gün onun 2 milyon manatdan bir qədər artıq mənimsəmədə ittiham olunduğu barədə də məlumat vermişdik.

Liderxeber.az-ın əldə etdiyi digər məlumata görə, sözügedən yeyinti məbləği istintaqın ilkin araşdırmasının nəticəsidir. İ.Mustafayevin qanunsuz əməlləri nəticəsində dövlətə dəymiş ziyanın həcmi daha çoxdur.

Bununla bağlı istintaq orqanı artıq yeni dəlil və sübutlar aşkar edib. Hazırda həmin materiallar tədqiq olunur. Ehtimal odur ki, ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsə yenidən ittiham elan ediləcək. Bundan sonra dövlətə dəymiş ziyanın dəqiq məbləği də aydın olacaq.

Bulvar büdcəsində olan pullar necə mənimsənilib?

Əldə etdiyimiz başqa məlumata əsasən, İlqar Mustafayevin cinayət işindəki çoxsaylı epizodlardan biri bulvar ərazisində parkinqlərin quraşdırılması ilə bağlıdır. Bu epizodda dövlətin qanunla qorunan mənafeyinə xələl gətirən hərəkətlərlə külli miqdarda vəsait kənarlaşdırılıb.

Digər bir epizodda isə təmir-quraşdırma işləri adı altında mənimsənilər pullardan söhbət gedir.

Qeyd edək ki, bir müddət əvvəl Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində yoxlama aparıb. Nəticədə qanun pozuntusu ilə müşayiət edilən xüsusilə külli miqdarda pul vəsaitinin bilinməyən yerlərə sərf edildiyi üzə çıxıb. Məhz bundan sonra Baş Prokurorluğa müraciət edilib.