Son Xəbərlər
Məlumdur ki, dünyanın qaynar hadisələri ilə yadda qalan yola saldığımız ötən
Los-Ancelesdə yanğınların söndürülməsində iştirak edən təyyarə dronla
Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva
AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanır.
Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
banner

Bu gündən Azərbaycanda yeni dərs ili başlayır

16 sen 2024, 08:16
Bu gündən Azərbaycanda yeni dərs ili başlayır

Bu gündən Azərbaycanda yeni dərs ili başlayır.

Liderxeber.az-ın xəbərinə görə, yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagird təhsil alacaq. Bu məktəblərin I sinfində 46 min 98, IX sinfində 44 min 233, X sinfində 35 min 757 , XI sinfində 32 min 260, XII sinfində 156 şagird təhsil alacaq.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 45 min 201 uşaq, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 min 216 beşyaşlı cəlb olunub.

2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 29 min 400 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 830 tərbiyəçi-müəllim çalışacaq.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 698 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 342-si məktəbəqədər təhsil müəssisəsi, 327-si ümumi təhsil, 3-ü xüsusi tipli ümumi orta məktəb, 5-i əyani-qiyabi axşam məktəbi, 12-si internat tipli müəssisə, 9-u isə məktəbdənkənar müəssisədir.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli yetişməsinə hesablanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və təmiri davam edir.

Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır.

Cari ildə Bərdə rayonu Nazim Hüseynov adına Alpoud kənd tam orta məktəbinin, Qubada Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin, Ucarda Əziz Əliyev adına Qazyan kənd 2 nömrəli tam orta məktəbinin, Masallı rayonunda Qəzvinoba kənd ümumi orta məktəbinin yeni binalarının açılışları olub.

Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.