Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

"INMerge" İnnovasiya sammitinə bir ay qaldı!

12 sen 2024, 15:03
"INMerge" İnnovasiya sammitinə bir ay qaldı!

10-11 oktyabr 2024-cü il tarixlərində "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda baş tutacaq "INMerge" İnnovasiya Sammitində müasir texnologiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq.

Belə ki, müzakirə olunacaq mövzular sırasında "Fintech", telekommunikasiya, E-ticarət, süni intellekt, marketinq, "Insurtech" kimi önəmli və hazırda trend hesab edilən mövzular olacaq. Bundan əlavə, "yeni iqdisadiyyat" vertikalında qabaqcıl texnologiyaların istehsal innovasiyasını necə idarə etdiyi kimi mövzular müzakirə olunacaq.

Sammit zamanı həyata keçiriləcək startaplar müsabiqəsi 25 000 dollar mükafat fondunda malik olacaq. Bununla yanaşı, startap sahibləri həm investorlar tərəfindən investisiya, həm də "PAŞA Holding" tərəfindən əlavə 200 000 dollaradək yatırım əldə edə biləcəklər.

Xatırladaq ki, tədbirdə "YouTube"un həmtəsisçisi Steve Chen, "Amazon"un baş texnologiya direktoru Werner Vogels və Harvard Biznes Məktəbinin professoru Linda Hill kimi tanınmış spikerlər çıxış edəcəklər.

Əlavə məlumat və biletlərin əldə edilməsi üçün www.inmerge.az saytına daxil olun.