Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Yaşa görə müavinət alanları sevindirəcək xəbər

11 sen 2024, 14:25
Yaşa görə müavinət alanları sevindirəcək xəbər

"Yaşa görə ödənilən 220 manat sosial müavinət olduğu üçün əmək pensiyaları kimi indeksasiya mexanizminə daxil deyil.

Lakin dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlarla biz mütəmadi olaraq yaşa görə verilən müavinətin də artırılmasını müşahidə etmişik. Adətən minimum pensiyada artım baş verən zaman məhz həmin müavinətlərdə də artımlar olur".

Liderxeber.az xəbər verir ki, bu sözləri açıqlamasında 6-cı çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, fiskal yükünün hesablanması və bu istiqamətdə addımların atılması ilə bağlı qərarlar 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində bəlli olacaq:

"Pensiyaların indeksasiyası yeni ilin əvvəlindən hesablanır və eyni zamanda minimum pensiyada artımlar baş verirsə, ilin əvvəlinə təsadüf edir.

Gözlənilir ki, minimum əməkhaqqıda artımlar olacaq və bu istiqamətdə işlər gedir. Əgər minimum pensiyada artımlar baş verərsə, yaşa görə müavinətin artırılması ehtimalları kifayət qədər yüksəkdir. Amma bütün hallarda 2024-cü ilin sonu və 2025-ci ilin əvvəllərində dəqiq məlumat vermək mümkün olacaq".