Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“10 dəqiqəlik yolu 1 saatdır fırlanırıq...”

11 sen 2024, 12:10
“10 dəqiqəlik yolu 1 saatdır fırlanırıq...”

Son günlər Bakı şəhərinin əksər küçə və prospektlərində, xüsusilə paytaxtın şimal girişi və Bakı-Sumqayıt magistralına çıxan yollarda güclü tıxaclar müşahidə edilir.

Liderxeber.az xəbər verir ki, həftəsonu keçiriləcək Formula 1 yarışları ilə əlaqədar paytaxtın mərkəzi yollarının bağlanması və ya darlaşdırılması, şəhərin cənub girişi olan Lökbatan dairəsindən mərkəzə doğru hərəkətin qadağan edilməsi və paralel olaraq bir sıra küçə və prospektlərin təmir edilməsi şəhərdə nəqliyyat gərginliyinin kəskin artmasına gətirib çıxarıb.

Sürücülər və sərnişinlər bəzi hallarda Masazır dairəsindən 20 Yanvar metrostansiyasına 10 dəqiqəyə gəldikləri yolu son 3 gündür, 1-2 saata gəldiklərini bildirirlər. Eyni vəziyyət digər istiqamətlərdə - Ziya Bünyadov prospekti, Babək prospekti, Bakı-Sumqayıt yolu, Bakı-Şamaxı yolu, Binəqədi şosesi və digər ərazilərdə də davam edir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Formula 1 yarışları ilə bağlı məhdudiyyət tətbiq edilən yolların bəziləri sentyabrın 11-13-ü aralığında müəyyən edilmiş pik saatlarda, bəzi məhdudiyyətlərlə açıq olacaq. Bu da müəyyən qədər nəqliyyat sıxlığının azalmasına gətirib çıxara bilər.