Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Xırdalanda 2 nömrəli məktəb bərbad vəziyyətdədir - Fotolar

10 sen 2024, 23:18
Xırdalanda 2 nömrəli məktəb bərbad vəziyyətdədir - Fotolar

"Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq".

Bu fikir ümummilli liderimiz H.Əliyevin məktəbə, müəllimə verdiyi dəyərin göstəricisi idi. Bir çox regionlarımızda məktəblərin təmiri və ya yenidən tikilməsi ölkə rəhbərinin də bu sahəyə diqqətinin yüksək olduğunu göstərirdi.

Görülən işlərə baxmayaraq, hələ də məktəblərdəki təmir-tikinti ilə bağlı problem tam həll olunmayıb. Hələ də istifadəyə yararsız halda, uçulub-dağılmış, darısqal, müasir tələblərə cavab verməyən məktəblər qalmaqdadır.

Liderxeber.az xəbər verir ki, bu günlərdə Xırdalanda 2 nömrəli tam orta məktəbin, tamamilə, yararsız vəziyyətdə olması barədə News365.az-a məlumat daxil olub.