Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

ADY və Bakı Şəhər İcra Hakimiyyəti dəmir yollarının təhkim zolaqlarını tullantılardan təmizləyib

06 sen 2024, 16:36
ADY və Bakı Şəhər İcra Hakimiyyəti dəmir yollarının təhkim zolaqlarını tullantılardan təmizləyib

ADY Bakı Şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində dəmir yollarının təhkim zolaqlarının məişət tullantılarından təmizlənməsini həyata keçirib. 

Liderxeber.az xəbər verir ki, təmizlik işləri çərçivəsində Sabunçu rayonunun Zabrat qəsəbəsi və Kürdəxanı kəndi ərazisində dəmir yolları və onlara yaxın ərazilər müxtəlif növ məişət tullantılarından təmizlənib və nəticədə həm dəmir yolu infrastrukturunun, həm də ətraf ərazilərin ekoloji vəziyyəti yaxşılaşdırılıb.

Təmizlənmiş ərazilərin yenidən sakinlər tərəfindən çirkləndirilməsi ehtimalını nəzərə alaraq ADY təhkim zolaqlarının müəyyən hissələrində maarifləndirici plakatların yerləşdirilməsini planlaşdırır. Bu plakatlar vasitəsilə əhalini tullantıların düzgün idarə edilməsi və ətraf mühitin qorunmasına dəvət etmək məqsədilə məlumatlandırma kampaniyası aparılacaq.

ADY-nin davamlı inkişaf strategiyasının bir hissəsi olaraq təmizlik işləri müntəzəm əsasda aparılır.

Ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər şirkətin fundamental dəyərlərindən biri olan dayanıqlılıq çərçivəsində həyata keçirilir. ADY-nin ekoloji, sosial və idarəetmə (ESG) prinsiplərinə sadiqliyi dəmir yollarının dayanıqlı inkişafının təməlini təşkil edir. Bu prinsiplər ADY-nin ekoloji məsuliyyətini artırır və dəmir yollarının yaşıl gələcəyə töhfə verməsini təmin edir.

Dəmir yolları ölkəmizin ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində qlobal təşəbbüslərində aktiv tərəfdaş olmaq üçün səy göstərir. Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə baş tutacaq dünya səviyyəli COP29 iqlim tədbirində bir çox mövzularla yanaşı, nəqliyyat sektorunun iqlim dəyişikliyi ilə mübarizədəki rolu da müzakirə olunacaq.

ADY-nin ekoloji təmiz qatar və texnologiyalardan istifadəsi, həmçinin ətraf mühitin qorunması istiqamətində tədbirləri ilə nəqliyyat sektorunda dayanıqlı inkişafı təşviq etməyə və qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verməyə davam edəcək.