Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb, sədr seçilib - Siyahı

06 sen 2024, 13:27
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb, sədr seçilib - Siyahı

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Şura üzvlərinin sayı 11 nəfər olaraq müəyyənləşib. Nazirlik yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Şuranın sədri seçilib.

Şuranın üzvləri isə aşağıdakılardır:

- Elm və Təhsil Nazirliyi Aşqarlar Kimya İnstitutunun icraçı direktoru Sucayev Əfsun Rəzzaq oğlu

- Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri Bilalov Bilal Telman oğlu

- Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi Hüseynov Elçin Məmmədəli oğlu

- Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Əliyev Ələkbər Əli Ağa oğlu

- Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Babayev Qulam Rüstəm oğlu

- Elm və Təhsil Nazirliyi Mikrobiologiya İnstitutunun laboratoriya müdiri Baxşəliyeva Könül Fərrux qızı

- Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri Süleymanov Səftər Yusif oğlu

- Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Axundova Nərgiz Çingiz qızı

- Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Süleymanov Elçin Bəhmən oğlu

- elm və təhsil nazirinin müşaviri Abızadə Azər Etibar oğlu.

Qeyd edək ki, Şura ictimai əsaslarla fəaliyyət göstərəcək.