Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Neftçalanın icra başçısı səyyar qəbul keçirdi

05 sen 2024, 16:54
Neftçalanın icra başçısı səyyar qəbul keçirdi

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayonun Ərəbqardaşbəyli kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib.  

Liderxeber.az xəbər verir ki, vətəndaş qəbulunda şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Mirhəsən Seyidov çıxış edərək Azərbaycanın Prezident İlham Əliyevin uzaqgörən siyasəti və düzgün siyasi qərarları nəticəsində Qafqazda, həmçinin dünya ölkələri arasında xüsusi yeri olduğunu vurğulayıb və dünya liderlərinin Müzəffər Ali Baş Komandana olan rəğbətləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.

RİH-nin başçısı bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Qeyd edib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını verib.

İcra başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Qeyd edək ki, vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.