Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Paytaxtda yeni xətlənmə narazılıq yaratdı: Yağışdan çıxıb yağmura düşürük?

04 sen 2024, 13:22
Paytaxtda yeni xətlənmə narazılıq yaratdı: Yağışdan çıxıb yağmura düşürük?

Mətbuat prospektində aparılan yeni xətlənmə işləri sürücülərin narazılığına səbəb olub.

Liderxeber.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə müzakirələr aparılıb.

Qeyd olunub ki, Mətbuat prospektində velosiped zolağının qarşısında parklanma üçün əlavə xətlər çəkilir ki, bu da nəqliyyatın hərəkətinə problem yaradacaq.

"Əsas prospektlərdə tıxacdan qurtulmaq adı ilə daha ciddi tıxacların yaranmasına zəmin yaradılır" -, deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumun mətbuat katibi Tural Orucov açıqlamasında xətlənmə faktını təsdiqləyib."Mətbuat prospektində mikromobillik vasitələri üçün zolaq və avtomobillər üçün parklanma yerləri təşkil edilib. Bu cür yanaşma mövcud qanunvericiliyə zidd deyil", - deyə T.Orucov qeyd edib.