Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Ersin Tatar İlham Əliyevə zəng etdi

03 sen 2024, 17:25
Ersin Tatar İlham Əliyevə zəng etdi

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Liderxeber.az Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Ersin Tatar növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb. O, seçkilərin azad, demokratik, sərbəst mühitdə keçdiyini və Azərbaycan xalqının iradəsini ifadə etdiyini vurğulayıb.

Ersin Tatar Azərbaycan parlamentində Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupunun yaradılmasını da vurğulayaraq yeni parlamentlə parlamentlərarası dostluq qrupu çərçivəsində əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Ölkəsinin Türk Dövlətləri Təşkilatının Şuşa Zirvə görüşünə dəvət olunmasını məmnunluqla xatırladan Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətinin bu təşkilatla əlaqələrinin inkişafına verdiyi dəstəyə və dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Azərbaycanın bundan sonra da Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətlər Təşkilatı çərçivəsində əlaqələrinin inkişafına və əməkdaşlığının genişlənməsinə dəstək verəcəyini qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.