Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Yüksək vəzifəyə təyin olundular

02 sen 2024, 17:23
Yüksək vəzifəyə təyin olundular

Dördüncü “Yüksəliş”​ müsabiqəsinin qalibi, Orxan Elman oğlu İsgəndərov avqustun 22-də Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Bu barədə Liderxeber.az-a Mədəniyyət Nazirliyindən bildirilib. 

Orxan İsgəndərov Azərbaycan Prezindenti yanında Dövlət İdarəçilik Akademiyasında “Menecment” ixtisası üzrə bakalavr, ADA (Azərbaycan Diplomatik Akademiyası) Universitetində “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə magistratura pilləsində təhsil alıb. Bir sıra, o cümlədən insan kapitalının idarə edilməsi üzrə “SHRM-CP” beynəlxalq dərəcəli sertifikatlara malikdir.

Həmçinin dördüncü "Yüksəliş" müsabiqəsinin qalibi, Seymur Elşad oğlu Hüseynov Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunub.

Seymur Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavriat, biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. Türkiyənin Boğaziçi Universitetinin və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ixtisasartırma proqramlarının məzunudur. Gənclər üçün Prezident Mükafatının laureatıdır.