Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Dövlət Su Ehtiyatları Agentliyində Formula 1-lə bağlı komissiya yaradıldı

02 sen 2024, 15:48
Dövlət Su Ehtiyatları Agentliyində Formula 1-lə bağlı komissiya yaradıldı

13-15 sentyabr tarixlərində Bakıda keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində xüsusi komissiya yaradılıb. 

Qurumdan Liderxeber.az-a daxil olan məlumata görə, İdarə heyəti və İşçi qrupundan ibarət komissiyanın təsdiq etdiyi plana uyğun olaraq təlimlərə start verilib. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədr müavini, komissiyanın sədri Tahir Xəlilov təlim iştirakçılarına görülən işlər, mövcud vəziyyət, fəaliyyət planının icrası ilə bağlı ətraflı məlumat verib. Formula 1 yarışlarında tapşırıqların səmərəli və effektli icrasına nail olmaq üçün tövsiyələrini, təkliflərini bildirən sədr müavini hər bir əməkdaşı öhdəsinə düşən işi məsuliyyətlə və peşəkarcasına yerinə yetirməyə səsləyib.

Qurumun Formula 1 yarışlarına məsul olan bütün əməkdaşlarının işlərin öhdəsindən layiqincə gələcəyinə əmin olduğunu vurğulayan sədr müavini bildirib ki, təlim-məşq toplantısı yarışların keçirildiyi ərəfədə qüsursuz işləməyimizə təkan olacaq.

Sədr müavini və komissiya üzvləri Xidmətin Formula 1 yarışlarına cəlb olunacaq heyətinin hazırlıq səviyyəsi ilə yerindəcə tanış olub, geyim, texniki ləvazimatlar, mal-materiallar, avtomobillərin normativ qaydalara hansı səviyyədə cavab verdiyini müəyyənləşdiriblər. Baxış zamanı sukanal işçiləri tapşırıqları bilavasitə təcrübi olaraq yerinə yetiriblər.

Təlim məşq toplantısında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Operativ idarəetmə və mərkəzi mühəndis texnoloji xidməti şöbəsinin müdiri Yaşar Bəşirov açıqlamasında təlim-məşq toplantısının əhəmiyyətindən danışıb. Formula 1 yarışları ilə əlaqədar təlimlər mütəmadi olaraq davam etdiriləcək.