Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Missiya rəhbəri: ŞƏT-in müşahidəçi qismində dəvət olunması Azərbaycanın şəffaflıq istəyindən xəbər verir

02 sen 2024, 11:21
Missiya rəhbəri: ŞƏT-in müşahidəçi qismində dəvət olunması Azərbaycanın şəffaflıq istəyindən xəbər verir

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçi kimi dəvət olunması Azərbaycanın seçkilərdə demokratiya və aşkarlığa can atdığını göstərir.

Liderxeber.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ŞƏT müşahidəçilər missiyasının rəhbəri, təşkilatın baş katibinin müavini Nuran Niyazəliyev deyib.

O qeyd edib ki, missiyada təşkilatın üzvü olan səkkiz ölkədən 16 müşahidəçi akkreditə olunub.

“Biz Azərbaycan tərəfindən dəvət alan kimi ŞƏT-ə üzv dövlətlər yekdilliklə təşkilatın iştirakını dəstəkləyib və müşahidəçilər missiyası formalaşdırıb”, - N.Niyazəliyev bildirib.

O, missiyanın maneəsiz şəkildə lazımi məlumatları aldığını, sərbəst şəkildə bütün seçki məntəqələrinə baş çəkdiyini, Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı həyata keçirilən işlərlə hərtərəfli tanış olduğunu vurğulayıb.

“Azərbaycanda hərtərəfli monitorinq fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb ki, bu da maksimum açıqlığın, şəffaflığın və ölkənin demokratik prinsiplərə sadiqliyinin təsdiqidir”, - missiya rəhbəri əlavə edib.

N.Niyazəliyev qeyd edib ki, hazırlıq dövründə missiya üzvləri Bakı və ətraf ərazilərdə 57 məntəqəyə baş çəkiblər. "Xüsusilə qeyd etmək istərdik ki, həmkarlarımız seçki komissiyası ilə razılaşdırmadan seçki məntəqələrində olublar və buna heç bir maneə yaradılmayıb", - o əlavə edib.