Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 26 % artıb

31 avq 2024, 13:05
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 26 % artıb

2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 142 sənaye müəssisəsi fəaliyyət göstərib.

Liderxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 25,7 % çoxdur.

Məlumata görə, bunun 82,4 %-i və ya 117-si Qarabağ iqtisadi rayonunun, 17,6 %-i və ya 25-i isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. Bu da, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25,8 % və 25 % çoxdur.

Hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə sənaye fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış fərdi sahibkarların sayı 13,1 % artaraq 1 218-ə çatıb. Qarabağ iqtisadi rayonunda fərdi sahibkarların sayı 11,6 % artaraq 1 070-ə, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 25,4 % artaraq 148-ə çatıb.

Ötən il işğaldan azad edilmiş ərazilərində istehsal olunmuş sənaye məhsulunun dəyəri 298,679 milyon manat, o cümlədən Qarabağ iqtisadi rayonunda 274,772 milyon manat, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 23,908 milyon manat olub. Bu da, 2022-ci illə müqayisədə müfaviq olaraq 48,6 %, 41,8 % və 3,4 dəfə çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 66,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib, neft-qaz sektorunda məhsul istehsalı 2 % azalıb, qeyri neft-qaz sektorunda isə 8 % artıb.