Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“20 Yanvar”ın keçidindəki mağazalar bağlandı - Fotolar

30 avq 2024, 10:38
“20 Yanvar”ın keçidindəki mağazalar bağlandı - Fotolar

Ötən gün memar Elçin Əliyev Bakı metrosunun “20 Yanvar” stansiyasının yeraltı keçidlərinin kiçik mağazalar tərəfindən zəbt olunmasından şikayətlənib. O bu barədə feysbuk hesabında paylaşım edib. 

Onun sözlərinə görə, yanğın və ya fəlakət olarsa, çoxsaylı quraşdırılmış pavilyonlar insanların hərəkətinə imkan verməyəcək, dəhşətli bir əzilmə olacaq, insanlar həlak olacaq – yeraltı qəzadan yox, vaxtında stansiyanı tərk edə bilməməkdən.

Liderxeber.az xəbər verir ki, bu gün səhər saatlarından isə “20 Yanvar” stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.

Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, 20 Yanvar və Cəfər Cabbarlı metro xətlərindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyəti yoxdur.

Bakı Şəhər İcra Hakimiyyətindən də keçidlərdəki mağazaların onlara aidiyyəti olmadığı bildirilib.

Mağazaların bağlanmasının səbəbləri barədə digər qurumlar də hələlik açıqlama yaymayıb.

Sözügedən ərazinin əvvəl və sonrakı görüntülərini təqdim edirik: