Son Xəbərlər
Bu gün Sumqayıt Tibb Mərkəzində əməkdaşlar üçün vaksinasiya aparılıb.
Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov
19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM)
Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir. Bu barədə
20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi
Əfqanıstanda “Taliban” hökumətinin Tehrandakı müvəqqəti işlər vəkili
Həm yay, həm də payız və qış aylarında yetişən almanın sağlamlığımıza bir çox
“Türkiyə kiberhücumlara qarşı hazırdır”. Liderxeber.az-ın Türkiyə müxbirinin
banner

İstirahət günü 33° isti olacaq

17 avq 2024, 16:37
İstirahət günü 33° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Liderxeber.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gündüz havanın qısa müddətə tutulacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.