Son Xəbərlər
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməli
Elmi tədqiqatlar göstərir ki, supermarket rəflərində geniş yer tutan ultra
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd
Meksika millisi FIFA Dünya Çempionatının A qrupunda növbəti qələbəsini
“İsrail İranı Liviyaya çevirmək istəyir”. Liderxeber.az xəbər verir ki, bunu
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Şuşa şəhərinə yola düşdü

12 iyn 2024, 08:58
Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Şuşa şəhərinə yola düşdü

Şuşa şəhərinə növbəti köç karvanı Bakı şəhərindən yola düşüb.

Liderxeber xəbər verir ki, bu mərhələdə daha 21 ailə doğma şəhərinə köçürülür.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınır.

Liderxeber.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı iyunun 12-də Bakı şəhərinin Qaradağ rayonundan yola düşür.

Bu mərhələdə Şuşa şəhərinə 21 ailə - 85 nəfər köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.