Son Xəbərlər
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməli
Elmi tədqiqatlar göstərir ki, supermarket rəflərində geniş yer tutan ultra
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd
Meksika millisi FIFA Dünya Çempionatının A qrupunda növbəti qələbəsini
“İsrail İranı Liviyaya çevirmək istəyir”. Liderxeber.az xəbər verir ki, bunu
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq

Media nümayəndələrinə kibertəhlükəsizliklə bağlı təlim keçirilib

11 iyn 2024, 17:13
Media nümayəndələrinə kibertəhlükəsizliklə bağlı təlim keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) təşəbbüsü ilə media nümayəndələri üçün “Rəqəmsal savadlılıq” (BOOTCAMP) layihəsi təlim keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən LiderXeber.az-a bildirilib ki, təlimdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Samir Rəsulov qurumun informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyəti, özəl təşkilatlarla təcrübə mübadiləsi haqqında məlumat verib.

Çıxış zamanı kiberdələduzluq halları və onların qarşısının alınması üçün diqqət yetirilməli məqamlar, kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və onlayn mühitdə təhlükəsizliyin təmin edilməsi mövzularından bəhs olunub.

Tədbirin sonunda ETX-nin fəaliyyəti ilə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

“Rəqəmsal savadlılıq” layihəsinin həyata keçirilməsində əsas məqsəd media nümayəndələrinin İKT üzrə təhlil və analiz bacarıqlarının daha da inkişaf etdirilməsidir.