Son Xəbərlər
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməli
Elmi tədqiqatlar göstərir ki, supermarket rəflərində geniş yer tutan ultra
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd
Meksika millisi FIFA Dünya Çempionatının A qrupunda növbəti qələbəsini
“İsrail İranı Liviyaya çevirmək istəyir”. Liderxeber.az xəbər verir ki, bunu
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq

Dövlət Komitəsi: Uşaq hüquqlarına dair meyarlar sənədi yaxın günlərdə hökumətə təqdim ediləcək

11 iyn 2024, 13:16
Dövlət Komitəsi: Uşaq hüquqlarına dair meyarlar sənədi yaxın günlərdə hökumətə təqdim ediləcək

Uşaq hüquqlarına dair meyarlar sənədi yaxın günlərdə hökumətə təqdim ediləcək.

Liderxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova iyunun 11-də Bakıda keçirilən BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsində deyib.

Onun sözlərinə görə, qısamüddətli mühafizə orderlərinin verilməsi ilə bağlı prosedur mürəkkəb idi: "Ancaq indi müraciət daxil olan kimi 24 saat ərzində mühafizə orderinin verilməsi nəzərdə tutulur. Mühafizə orderinin verilməsi ilə bağlı proseduru dərhal həyata keçirməyən vəzifəli şəxs isə məsuliyyətə cəlb olunacaq. Hazırda əsas çatışmazlıq uşaqlarla bağlı məsələlərin icraat prosesində xüsusi hazırlıq keçmiş hakimlər, müstəntiqlər və digər vəzifəli şəxslərin iştirak etməməsidir. Düzdür, uşaqlardan ifadə alınmasında xüsusi hazırlıq keçən müstəntiqlər iştirak edir, amma bu məsələ tam şəkildə həyata keçirilmir".

T.İbrahimova bildirib ki, uşaq strategiyasının yerinə yetirilməsi ilə bağlı fəaliyyət planında nəzərdə tutulmuş dövlət və qeyri-dövlət sosial müsissələrində xidmətin keyfiyyətinə dair tələblər və bütün sahələrdə uşaq hüquqlarının təmin edilməsi ilə bağlı meyarlar haqqında layihələr yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək.