Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Hacıqabul Quşçuluq Şirkətində qanvermə aksiyası keçirilib

24 apr 2026, 10:50
Hacıqabul Quşçuluq Şirkətində qanvermə aksiyası keçirilib

Hacıqabul Quşçuluq Şirkətinin dəstəyi, Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə şirkətin ərazisində könüllü qanvermə aksiyası təşkil olunub.

Liderxeber.az xəbər verir ki, aksiya Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində həyata keçirilib.

Tədbir zamanı qan donorluğunun inkişafına göstərdikləri dəstəyə görə şirkətin təsisçisi və direktoru Nemət Babaşov, eləcə də digər təsisçi Şöhrət Babaşov Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyəti tərəfindən “Fəxri üzv” mükafatı ilə təltif ediliblər.

Aksiya çərçivəsində çıxış edən İdarə Heyətinin sədri Fuad Rəsul qan donorluğunun xüsusilə həssas xəstə qrupları üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. AQDİM-in fəxri üzvləri, talassemiya pasiyentləri Anar Səmədov və Elvin Mirzəyev də bu nəcib təşəbbüsə qoşulan şirkət rəhbərliyinə və əməkdaşlara təşəkkürlərini bildiriblər.

Daha sonra donorların sağlamlıq vəziyyəti Respublika Qan Bankının Şirvan bölməsinin ixtisaslaşmış tibbi briqadasının həkim-hematoloqları tərəfindən yoxlanıldıqdan sonra qanvermə prosesi həyata keçirilib.

Toplanan qan hemofiliya, talassemiya və digər xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.