Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Magistralda “protiv” gedən sürücü saxlanıldı -VİDEO

21 apr 2026, 10:33
Magistralda “protiv” gedən sürücü saxlanıldı -VİDEO

Ələt-Astara yolunun Cəlilabaddan keçən hissəsində qaydaları kobud şəkildə pozan sürücü görüntülənib.

Liderxeber.az xəbər verir ki, hadisə aprelin 19-da saat 10:07 radələrində qeydə alınıb.

Bildirilib ki, 15-BL-502 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq bu vəziyyətdə hərəkətini davam etdirib. Nəticədə o, qarşıdan gələn nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradıb. Şikayətçinin sözlərinə görə, o, son anda sağa manevr edərək baş verə biləcək ağır yol-nəqliyyat hadisəsinin qarşısını alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Yol Patrul Xidməti alayının əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində sürücünün Cəlilabad rayonu Şıxlar kənd sakini Mənsimov Natiq Davud oğlu olduğu müəyyən edilib və o saxlanılıb.

Nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq sürücü barəsində qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi bildirilib.

Sözügedən görüntüləri təqdim edirik: