Son Xəbərlər
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş

AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda

22 okt 2025, 10:14
AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda

Dünən AZAL-a məxsus təyyarə Ermənistanın paytaxtı İrəvanda eniş edib. 

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev feysbuk hesabında paylaşıb. 

“Uzun fasilədən sonra bu gün (oktyabrın 21-i – red.) AZAL təyyarəsi İrəvan hava limanına enib”, - deyə o qeyd edib.

Məlumata görə, təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertləri daşıyıb. 

Bu haqda “Sputnik Ermənistan” da yazıb. Qeyd edilib ki, Bakıdan gələn xüsusi reys dünən təqribən 16:00-da İrəvanda yerə enib. 

Onu da xatırladaq ki, Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzi oktyabrın 21-22-də hər iki ölkə nümayəndələrinin iştirakı ilə İrəvanda dəyirmi masa müzakirələrinin keçiriləcəyi barədə məlumat yayıb.