Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşıb

11 iyn 2025, 10:40
Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.

Liderxeber.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 1.06 ABŞ dolları və ya 1.5% artaraq 71.85 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti isə 70.79 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Aprel ayının 4-dən etibarən yerli neftin qiyməti 70 dollardan aşağı olub. “Azeri Light”ın son üç gündə isə ticarət qiyməti 70 dolları ötüb.