Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Qazın qiyməti belə tənzimlənəcək - Qayda

10 iyn 2025, 14:42
Qazın qiyməti belə tənzimlənəcək - Qayda

Qaz təchizatı sektorunda qiymətlərin tənzimlənməsi qaydası müəyyənləşir.

Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılardır:

- qazın topdansatış tarifləri;

- qazın nəqli tarifləri;

- qazın saxlanması xidmətlərinin tarifləri;

- qazın paylanması tarifləri;

- istehlakçılara qazın pərakəndə satış tarifləri;

- qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;

- qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;

- sabit tarif.

Qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.