Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Azərsun Holdinq” jurnalist övladları üçün əyləncə təşkil etdi - Fotolar

03 iyn 2025, 10:49
“Azərsun Holdinq” jurnalist övladları üçün əyləncə təşkil etdi - Fotolar

“Azərsun Holdinq” mətbuatın 150 illiyi ilə bağlı təşkil etdiyi layihələr çərçivəsində növbəti tədbirini Mətbuat Şurası ilə birlikdə media nümayəndələrinin övladları üçün keçirib.

1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə “Dream Əyləncə”də təşkil olunan tədbir boyama master klassı ilə başlayıb. Bu, uşaqların yaradıcı təxəyyülünü canlandırıb.

Bayram şənliyi animatorların uşaqları əyləndirməsi, onlar arasında müxtəlif əyləncəli oyunların keçirilməsi ilə davam edib. Sonda isə balacalar “Dream Əyləncə” maraqlı vaxt keçiriblər.

“Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qeyd edib ki, bu kimi tədbirlər yalnız bayram ovqatı yaratmaq məqsədi daşımır, eyni zamanda jurnalistlərin ailə üzvlərinə diqqətin bir təzahürüdür. Onun sözlərinə görə, mətbuatın 150 illiyi münasibətilə il ərzində daha bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub:

“Media nümayəndələrinə dəyər vermək, onlarla birgə vaxt keçirmək bizim üçün də xoşdur. Bu tip görüşləri daha da intensivləşdirməyi planlaşdırırıq”.