Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

28 may 2025, 08:20
Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.

Liderxeber.az xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub.

Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişinliyinin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Uzun dövr ərzində Azərbaycan çar Rusiyasının müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizə aparıb.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb.

AXC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Ancaq AXC cəmi 23 ay yaşaya bilib. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal edib və respublika süqut edib.

Müstəqillik Günü Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, mayın 28-i qeyri-iş günü elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

AXC dövründə qaldırılan üçrəngli bayrağımız bu gün Ermənistanın işğalından azad edilən Qarabağda və Şərqi Zəngəzurda dalğalanır. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəman hərbçiləri öz cəsarəti ilə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə buna nail oldular.