Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Azərbaycana benzin idxalı artıb - Nazir səbəbini açıqladı

27 may 2025, 13:22
Azərbaycana benzin idxalı artıb - Nazir səbəbini açıqladı

Maliyyə naziri Sahil Babayev ölkəyə benzin idxalının artmasından danışıb.

Liderxeber.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı nazir bunu Neft Emalı zavodunun bağlanması ilə əlaqələndirib.

“Benzinin ölkəyə idxalının artmasının əsas səbəbi barədə dəqiq məlumatı Dövlət Neft Şirkəti verə bilər, amma bizim ehtimallarımıza görə buna səbəb, ötən il ölkəmizdə keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın Neft Emalı zavodunun bağlanmasıdır. Neft emalı zavodunun bağlanmasına görə təlabatı ödəmək üçün 92 markalı nefti idxal etməli olduq”, - maliyyə naziri vurğulayıb.