Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Naxçıvan üzrə investisiyaların icra səviyyəsi açıqlandı

27 may 2025, 11:20
Naxçıvan üzrə investisiyaların icra səviyyəsi açıqlandı

“2024-cü ilin əvvəlində dövlət əsaslı vəsait qoyuluşu xərclərində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ümumi adla qeyd olunmuş 2 layihə üzrə 249,1 mln. manat nəzərdə tutulub”.

Liderxeber.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

 “O cümlədən, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi” layihəsi üzrə 70,0 mln. manat və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üzrə ehtiyat” layihəsi üzrə 179,1 mln. manat nəzərdə tutulub. Dövlət büdcəsinə yenidən baxılma zamanı 2 layihə üzrə nəzərdə tutulmuş vəsait 42 layihəyə, hesabat ilinin sonuna isə 52 layihəyə bölüşdürülməklə ümumi nəzərdə tutulmuş vəsait 83,3% azaldılaraq 41,7 mln. manat təşkil edib”, - deyə sədr bildirib.