Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Azərbaycanda qəfəsdə saxlanılan ayılar Britaniyaya aparıldı

23 may 2025, 13:46
Azərbaycanda qəfəsdə saxlanılan ayılar Britaniyaya aparıldı

Azərbaycanda qəfəsdə saxlanılan Benji və Balu adlı ayılar Böyük Britaniyaya aparılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı “Wildheart Animal Sanctuary” adlı heyvan müdafiə təşkilatı yayıb.

Bildirilib ki, onlar Azərbaycanda bir restoranda dar qəfəsdə səfalət içində yaşayıblar. Aclıqdan və ciddi xəsarətlərdən əziyyət çəkən bu ayılar müştəriləri cəlb etmək üçün orada saxlanılıbmış.

Benji və Balunun Azərbaycandan avtomobil, dəmir yolu və ya dəniz yolu ilə daşınmasının çətin olduğu qeyd olunub. Buna görə də tranzit vaxtı minimuma endirmək üçün ən yaxşı həll birbaşa Böyük Britaniyaya uçuşu təmin etmək olub.

Belə ki, Avropanın bütün yükdaşımaları üzrə aparıcı aviaşirkəti “Cargolux” bu prosesə sponsorluq etməyə razılıq verib və ayılar ölkəmizdən Britaniyanın Uayt adasına göndərilib.

Qeyd edək ki, təşkilat Benji və Balu üçün 150 000 funt sterlinq (343 691 manat) ianə toplayıb.

Ayıların Azərbaycanda hansı restoranda saxlanılması barədə isə məlumat yoxdur.