Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı oldu

23 may 2025, 10:40
Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı oldu

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” tərəfindən yaradılmış SİMA rəqəmsal imza daha 5 qurum tərəfindən elektron xidmətlərə inteqrasiya edilib.

Liderxeber.az xəbər verir ki, SİMA ilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurumlar “Caspian Drilling Company”, “ESAM İnnovations”, “ASEL Kredit” BOKT, Manato.az kredit platforması, “Foriella Mebel” MMC və şirkəti olub.

Dənizdə qazma əməliyyatları üzrə peşəkar şirkət olan “Caspian Drilling Company”, eləcə də Proqram təminatının inkişafı və İT Həlləri xidmətlərinin göstərilməsində ixtisaslaşmış “ESAM İnnovations” şirkətləri öz daxili platformasına giriş prosesini “SİMA İmza” vasitəsilə rəqəmsallaşdırıb.

Azərbaycanın bir çox bölgəsində ofisləri olan “ASEL Kredit” təşkilatı və Manato.az onlayn kredit platformasında mikrokreditlərin verilməsi zamanı müqavilələrin “SİMA İmza” vasitəsilə onlayn formada imzalanmasını təmin edib. Bundan başqa, “Foriella Mebel” şirkəti də müştərilərə kreditlə satış prosesini “SİMA İmza” vasitəsilə rəqəmsallaşdırıb.

Bununla da SİMA yeni nəsil rəqəmsal imza ilə tərəfdaş olan qurumların sayı 75-ə çatıb.

Qeyd edək ki, SİMA ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı ətraflı məlumatı sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.