Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Sumqayıtda ağır avtobus qəzası: Yeddi nəfər xəsarət alıb

20 may 2025, 14:50
Sumqayıtda ağır  avtobus qəzası: Yeddi nəfər xəsarət alıb

Mayın 19-da saat 08:30-da Sumqayıt şəhəri Bakı küçəsində sərnişin avtobusu ilə "Toyota Avensis" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların sayı artıb.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində avtobusun yeddi sərnişini müxtəlif dərəcəli xəsarətlər alıb. Onlara zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində təhqiqat araşdırması aparılır, müvafiq ekspertizalar təyin edilib.

"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 19 may saat 9:30-da Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına dörd nəfər (qadın cinsli) hospitalizasiya olunub".

Bu barədə sorğuya cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib:

"Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".