Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Bakının mərkəzində motosiklet piyadaları belə vurdu - Video

20 may 2025, 12:54
Bakının mərkəzində motosiklet piyadaları belə vurdu - Video

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda piyada keçidlərinin üzərində törədilmiş bəzi yol-nəqliyyat hadisələrinin görüntülərini yayıb.

Liderxeber.az xəbər verir ki, hadisələrdən biri ötən gün axşam saatlarında Yasamal rayonu, Şəfayət Mehdiyev və Lev Landau küçələrinin kəsişməsində qeydə alınıb. Qaydalara əməl edib piyada keçidindən keçən iki şəxs motosiklet sürücüsü tərəfindən vurulub.

Digər bir analoji yol-nəqliyyat hadisəsi isə Yasamal rayonu, Nəriman Nərimanov prospektində qeydə alınıb. Ölüm və xəsarətlə nəticələnən bu tip qəzaların ilkin təhlili deməyə əsas verir ki, səbəblər eynidir. Ancaq təəssüflər olsun ki, bu səbəblərdən nəticə çıxarmadıqda, hələ də piyadalar təhlükə ilə üz-üzə qalmaqda davam edirlər.

NİİM nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək piyada keçidlərini bildirən nişanlara diqqət yetirmələrinin, keçidlərə yaxınlaşarkən sürətin azaldılmasının, axşam və gecə saatlarında piyada keçidlərinə yaxınlaşarkən daha ehtiyatlı olmalarının vacibliyini vurğulayıb.