Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Yaşayış olan binamızda söküntü işləri gedir”

12 may 2025, 11:06
“Yaşayış olan binamızda söküntü işləri gedir”

“İçərisində yaşayış olan binamızda söküntü işləri aparılır. Binanın infrastrukturu dağıdılıb, yaxın günlərdə liftlərin də işləməyəcəyini deyərək sakinlərə psixoloji təzyiq edirlər”.

Liderxeber.az xəbər verir ki, bu iddia ilə media-ya Bakının Səbail rayonu - Bayraq meydanının qarşısında Mikayıl Useynov küçəsi 14 ünvanında yaşayan Abasağa Hüseynov müraciət edib. 

Şikayətçinin sözlərinə görə, ərazidə dövlət layihəsinin icrası ilə bağlı söküntü işlərinin aparılacağı deyilsə də, heç kim sakinlərlə rəsmi razılığa gəlməyib: “Dəfələrlə binamızın sökülərək yerində yeni binanın tikintisi və ya dövlət əhəmiyyətli layihənin inşası ilə əlaqədar müxtəlif məlumatlar verilib. 2025-ci ilin aprel ayında Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi binamıza gələrək ərazidə dövlət layihəsinin planlaşdırıldığını bildirdi və şifahi olaraq orta statistik dəyərdən dəfələrlə az qiymət təklif etdi. 

Ancaq rəsmi olaraq heç bir müraciət, təklif və ya alternativ variant olmadı. Elə bil, məhəlləyə bomba atılıb. Bizə heç olmasa, rəsmi olaraq desinlər ki, ya ərazidə yeni bina tikiləcək, ya yaxınlıqda ev veriləcək. Bilmirik aqibətimiz necə olacaq...”

Problemlə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Mikayıl Useynov küçəsi 14 ünvanında yerləşən yaşayış binası uzun illərdir ki, qəzalı vəziyyətdədir.

Əlavə olaraq qeyd edirik ki, həmin binada yerləşən qeyri-yaşayış sahəsində söküntü işləri mülkiyyətçi tərəfindən aparılıb”.