Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Hacıqabul Quşçuluq Şirkətində Ulu Öndərin 102 illiyinə həsr olunmuş tədbir keçirilib

10 may 2025, 16:40
Hacıqabul Quşçuluq Şirkətində Ulu Öndərin 102 illiyinə həsr olunmuş tədbir keçirilib

Hacıqabul Quşçuluq Şirkətində  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib.
 
Liderxeber.az xəbər verir ki, iştirakçılar əvvəlcə fabrik ərazisində yerləşən Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
 
Tədbirdə çıxış edən natiqlər Ümummilli Liderin siyasi fəaliyyətinin tarixi inkişaf dövrləri barəsində ətraflı məlumat veriblər. 
 
Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Bu əsaslar güclü iqtisadiyyat, ordu quruculuğu və peşəkar xarici siyasətə söykənir. Məhz bu istiqamətlərdə həyata keçirilən uzaqgörən siyasət Azərbaycanın sonrakı uğurlarının və Vətən müharibəsindəki qələbəmizin əsasını qoymuşdur.
 
Məlumat verilib ki, respublikamızda aqrar islahatların hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsinda ümummilli lider Heydər Əliyev misilsiz xidmət göstərmiş və əslində, o, bu mühüm dövlət, siyasi və iqtisadi tədbirin həm banisi, həm də təşkilatçısı olmuşdur. Bu gün Ulu Öndərin Azərbaycan xalqı üçün ən böyük yadigarı onu işıqlı gələcəyə aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Ulu Öndərin Azərbaycanın gələcəyini əmanət etdiyi müasir gənclik isə daim bu əbədi irsi öyrənərək gələcək yollarını sağlam təməllər üzərində qurmağı bacarmalıdır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
 
Tədbirin sonunda şirkətin kollektivi inzibati binanın foyesində Ulu Öndərin xatirəsinə həsr olunmuş güşəni ziyarət edib