Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Nar”ın baş icraçı direktoru Gəncədəki konfransda - Fotolar

08 may 2025, 17:23
“Nar”ın baş icraçı direktoru Gəncədəki konfransda - Fotolar

“Nar”ın baş icraçı direktoru Qunnar Panke Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkil etdiyi beynəlxalq elmi-praktiki konfransda çıxış edərək mobil operatorun universitetlərlə yaratdığı faydalı əməkdaşlıqdan bəhs edib.

Q.Pankenin sözlərinə görə, texnoloji yeniliklərin istehsalatda geniş tətbiqi və digər sahələrə nüfuz etməsi üçün uzun müddət və böyük investisiya tələb olunur.

Bu baxımdan, biznesin təhsil ocaqları ilə əməkdaşlığı çox vacibdir: “Şirkətimizin ATU ilə əməkdaşlığı çərçivəsində təhsilə ayırdığı sərmayə ümumilikdə Azərbaycanın telekommunikasiya sahəsinin gələcəyinə yatırım kimi qiymətləndiririk. “Nar” olaraq, əsas məqsədimiz bugünkü tələbələri sabahın aparıcı mütəxəssisləri kimi yetişdirməkdir”, – deyə Q.Panke bildirib.

Qeyd edək ki, “Nar”ın təhsilə yönəlik korporativ sosial məsuliyyət strategiyası çərçivəsində şirkətin əməkdaşları yerli universitetlərin tələbələri üçün davamlı olaraq nəzəri və praktiki təlimlər keçir. Mobil operatorun ali təhsil ocaqları ilə geniş əhatəli əməkdaşlığı şirkətin akademik biliklə sənaye ehtiyacları arasında körpü yaratmaq məqsədini əks etdirir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.