Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Bu ərazilər yalnız nəqliyyatın hərəkəti üçün deyil”

08 may 2025, 11:48
“Bu ərazilər yalnız nəqliyyatın hərəkəti üçün deyil”

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

 Liderxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Yaşayış məntəqələri sakitliyin və təhlükəsizliyin təmin olunduğu zonalardır.

Nəqliyyat vasitəsinin yaşayış məntəqəsində idarə edilməsi zamanı mühərrikin əsassız şəkildə yüksək dövriyyədə işlədilməsi və ya avtomobildə yüksək səslə musiqi dinlənilməsi cəmiyyətin qəbul etdiyi davranış qaydaları ilə uzlaşmır və ətraf mühitin ahənginə ciddi şəkildə mənfi təsir göstərir.

Unudulmamalıdır ki, bu ərazilər yalnız nəqliyyatın hərəkəti üçün deyil, məhz insanların gündəlik fəaliyyəti və istirahəti üçün nəzərdə tutulmuş məkanlardır. Burada körpələr yatır, yaşlı insanlar dincəlir, ailələr sakitlik axtarır.

Səssiz və intizamlı hərəkət sosial məsuliyyətin təzahürüdür. Hər bir sürücüdən gözlənilən təkcə yol hərəkəti qaydalarına deyil, həm də ictimai davranış normalarına riayət etməkdir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri bir daha ətraf mühitin səssizliyinə hörmətlə yanaşmağa, ictimai rahatlığı nəzərə almağa çağırır”.