Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Azərsun”da ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

08 may 2025, 08:01
“Azərsun”da ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

“Azərsun Holdinq”in 15 ildən artıqdır ki, davam etdirdiyi “Qan ver, yaşat” sosial layihə çərçivəsində növbəti qanvermə aksiyası baş tutub.

Liderxeber.az xəbər veriri ki, Könüllülük prinsipi əsasında təşkil olunan bu layihənin məqsədi talassemiya və digər hematoloji xəstəliklərdən əziyyət çəkən azyaşlı uşaqlara həyat vermək, onların müalicəsinə dəstək olmaqdır. Layihə həmçinin cəmiyyət arasında donorluq mədəniyyətinin formalaşmasına, insanlarda sosial məsuliyyət hissinin artırılmasına xidmət edir.

Qanvermə aksiyasında “Azərsun Holdinq”in rəhbərliyi və əməkdaşları iştirak ediblər. Qeyd edək ki, toplanan qan nümunələri müvafiq laborator analizlərdən keçdikdən sonra Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilir. Layihə çərçivəsində ötən illər ərzində Mərkəzi Qan Bankına ümumilikdə 1000 litrdən artıq qan təhvil verilib ki, bu da yüzlərlə insanın həyatının xilas edilməsinə töhfə olub.